Toyuq dönəri yeyənlərin nəzərinə!
30 İyun 2011 Cümə Axşamı 12:57
Toyuq dönəri hazırlanmasında ən son hiylə məlum olub.
Türkiyədə toyuq dönərinin maya dəyərini aşağı salmaq məqsədilə qidanın içinə dəri, içalat kimi məhsullarla yanaşı, inəyin əmcəyinin də qatıldığı məlum olub. Dönərin vətəni sayılan Türkiyədə Restorançılar Federasiyasının nümayəndəsi Şefik Aslan bildirib ki, Anadolu xəbər agentliyinə müsahibəsində bildirib ki, bəzi işbazlar qazanclarını artırmaq məqsədilə müxtəlif hiylələrə əl atır. Onun sözlərinə görə, içalatdan tutmuş bağırsağa qədər, toyuq dərisindən büzdümünə qədər bir çox artıq maddə toyuq dönərində istifadə edilir.

"Toyuq satılan və kəsilən yerlərdə, zibilə atılmalı olan içalat və xüsusilə toyuq dərisi bəzi işçilər tərəfindən torbalara yığılaraq zibilə atılmaq əvəzinə, dönərçilərə satılır", deyə Ş. Aslan qeyd edib.

Onun sözlərinə görə, dönərin tərkibindəki artıqların dadının bilinməməsi üçün qidaya çoxlu ədviyyat vurulur. Qurum rəsmisi onu da bildirib ki, dönərə qatılan ən son hiylə inək əmcəyi olub ki, onun da dadını toyuq dadından ayırmaq çətindir.

Qeyd edək ki, artıq bir neçə ildir ki, bazarlar, məktəblər və ali təhsil müəssisələrinin yaxınlığında satılan dönər ucuz olması və tez hazırlanması səbəbindən Azərbaycanda da populyarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar