Tənbəllər üçün çarpayı
14 İyun 2012 Cümə Axşamı 05:09
Çarpayının öz-özünü yığışdırması 1 dəqiqədən də az vaxta başa gəlir
İspaniyadakı mebel firmalarından biri səhər oyndığı vaxt yerini yığışdırmağı problem kimi qəbul edənlərə xüsusi çarpayı hazırlayıb. OHEA-nın hazırladığı bu qeyri-adi çarpayı istehlakçılar tərəfindən də böyük maraqla qarşılanıb. “Vaxtınızı boşa sərf etməyin, sevdiklərinizə daha çox vaxt ayırını” – şüarı ilə istehsal olunan çarpayı işini sadə üsulla görür. Çarpayının iki tərəfində olan mexaniki qollar yatağın üstündə olan ədyalı çarpayının baş tərəfinə doğru aparır. Bu vaxt yastıqlar da mexaniki şəkildə havaya qalxır və ədyalın tam yerləşməsini təmin edir. Çarpayının öz-özünü yığışdırması 1 dəqiqədən də az vaxta başa gəlir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar