Spirtli içkilər narkotikdən daha təhlükəldir
02 Noyabr 2010 Çərşənbə Axşamı 04:35
Alimlər bu cür maddələri, 9 meyar baxımından istifadəçiyə, 7 meyar baxımından digərlərinə verdiyi zərəri təhlükəliliyə görə sıralayıblar.
İngiltərədə aparılan araşdırma nəticəsində spirtli içkilərin bədənə narkotik vasitələrədən daha çox zərər verdiyi məlum olub. Britanya Müstəqil Elmi Narkotik Komitəsində (ISCD) və Avropa Narkotik Asılılığı Müşahidə Mərkəzində (EMCDDA) işləyən elm adamları, yeni bir “narkotik zərər meyarları” təyin ediblər. Elm adamları bu cür zərərli maddələri, 9 meyar baxımından istifadəçiyə, 7 meyar baxımından digərlərinə verdiyi zərəri nəzərə alaraq təhlükəlilik baxımından sıralayıblar. Bu cür maddələrin istifadəçiyə zərərləri arasında narkotiklə bağlı ölüm nisbətləri, sağlamlığa və ictimai əlaqələrə təsirləri kimi meyarları göstərən elm adamları, digərlərinə verdiyi zərərlərə görə isə cinayət, ailədaxili qarşıdurma, iqtisadiyyata zərər, ekoloji ziyan kimi meyarlar baxımından qiymətləndiriblər.

Alimlər əldə etdikləri məlumatlarla zərərli maddələrin sağlamlığa olan təhlükəsini 100 bal sistemindən götürüblər və yuxarıdakı meyarlara görə ən zərərli maddənin 72 balla spirti içkilər olduğunu müəyyənləşdiriblər.

Sıralamada digər zərərli maddələr və onların təhlükə balları belədir: heroin (55 bal), sintetik narkotik növü olan “crack” (54 bal), kristal meth narkotiki (33 bal), kokain (27 bal), tütün məhsulları (26 bal).

Dünya Səhiyyə Təşkilatnın məlumatına görə, spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur. Bu, dünyadakı ölümlərin 3,8 faizinə bərabədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar