Siqaret xərçəng hüceyrələrini oyadır
20 İyul 2013 Şənbə 11:06
Ölümcül xəstəliyin zəmini.
Siqaret çəkənlərin tənəffüs yollarında müşahidə edilən hüceyrə zədələnməsi əksər hallarda ağciyər xərçənginə yol aça bilir. Amerikalı alimlər yeni araşdırmalarında bu nəticəni əldə ediblər. Onların fikrincə, tənəffüs yollarında embrional kök hüceyrə genləri fəallaşır. Bu genlər ağciyər xərçənginin ağır formasında işə düşürlər. Bu hüceyrələri məhz siqaret oyadır. Bununlada ölümcül xəstəlik üçün zəmin yaranır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar