Sənə yaraşan qırmızı
30 Yanvar 2011 Bazar 10:15
Qırmızı dodaq boyasını necə seçmək lazımdır?
Artıq klassik makiyaja çevrilən qırmızı dodaq boyası bu mövsüm yenidən dəbdədir. Qırmızı pomadanın üstünlüyü ondadır ki, dodaqda çox qalır və yayılmır. Həm mat, həm də parıltılı qırmızı boyadan istifadə etmək olar. Dodaq boyasının üstündən vurulan parıltı isə dodaqları daha həcmli və seksual edir.

Onu vurmamışdan əvvəl dodaqlarınızı gigiyenik pomada, balzam və ya nəmləndirici kremlə yumşaldın və tonal krem çəkin. Belədə dodaq boyası daha gözəl görünəcək və dodaqda çox qalacaq. Qırmızı dodaq boyası sizi əsl gözələ çevirə bilər. Ən əsası qırmızının çalarını düzgün seçməkdir. ANS PRESS "Aysel" jurnalına istinadən oxucularını boyadan düzgün istifadə ilə tanış edir.

Ənliyi qırmızı çalara uyğun seçə bilərsiniz. Göz üçün karandaş və tuş isə qara rəngdə olmalıdır. Əgər qırmızı dodaq boyasından istifadə etməyi planlaşdırırsınızsa, aktual və dəbli görünmək üçün bir neçə sadə makiyaj qaydasına əməl etməlisiniz. Dodaqlara vurğu vurursunuzsa, göz makiyajı sadə olmalıdır: qara tuş və qara göz karandaşı və ya sürmə.

Əgər dəriniz açıqdırsa…
GÜNDƏLİK GÖRÜNÜŞ:
Dərisi çəhrayıya çalan ağbəniz xanımlara soyuq çalarlı qırmızı dodaq boyası yaraşır. Yadınızda saxlayın ki, dərinizin rəngi nə qədər açıq olarsa, boya bir o qədər tünd çalarda olmalıdır.

KLASSİKA:
Qırmızı rəng manikürünüzdə, aksesuar və geyiminizdə də təkrarlanarsa, obrazınız daha dəbli görünər. Bu, heç vaxt dəbdən düşməyən klassikadır.

Əgər dəriniz normaldırsa…
GÜNDƏLİK GÖRÜNÜŞ:
Dərisi açıq və ya tünd-sarımtıl olan xanımlar qırmızının isti çalarlarına (şaftalı, narıncı) üstünlük verməlidirlər. Belə xanımlara çəhrayı çalarlı qırmızı dodaq boyası heç yaraşmır.

BƏYAZ GECƏLƏR:
Nəzərə alın ki, qırmızı boya makiyajınızı və obrazınızı əlvan etməklə yanaşı, dişlərinizi daha da bəyaz göstərəcək, amma narıncı çalarlı qırmızı dodaq boyası əks effekt verə bilər.

Əgər dəriniz tünddürsə…
GÜNDƏLİK GÖRÜNÜŞ:
Əsmər xanımlara heç bir çalar əlavə olunmamış təmiz qırmızı pomadanı məsləhət görmək olar. Eyni zamanda siz zoğalı və qəhvəyi çalarlı qırmızınıda seçə bilərsiniz.

UNİVERSAL ƏSGƏR:
Universal qırmızı rəng qəhvəyi çalarlı hesab olunur. Beləsi demək olar ki, istənilən dəri rənginə əla yaraşır. Həm də qəhvəyi çalar qırmızı rəngi yüngülləşdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar