Sabirabad qapızında zəhərlənmə təhlükəsi
02 Avqust 2011 Çərşənbə Axşamı 15:05
Buna gübrələrin həddən artıq çox olması səbəb olur
Bu il Sabirabadda bostançılıq sahəsində bol məhsul əldə edilib. Lakin fermerlər bazar problemilə üzləşiblər. Hazır məhsul sahələrdə çürüyərək məhv olub. Hazırda qarpız və yemişin sahələrdə topdansatış qiyməti 5 qəpikdən ucuzdur. Digər ciddi problem isə bostançılıq məhsullarına verilən gübrələrin həddən artıq çox olması vətəndaşların zəhərlənməsinə səbəb olur.

“Yaxşı olardı ki, onun hamısı gəlib yerində yoxlanılardı. Hər kəs öz məhsuluna cavab verməlidir. Kiminsə məhsuluna görə kimisə cəzalandırmaq duzgun deyil”, - deyə fermer Məmməd Əhmədov vurğulayıb.

Qeyd edək ki, rayonda 1982-ci ildən bostançılıq bitkilərində nitrat turşusunun artıq olmasını müəyyən edən laboratoriya faaliyyət göstərir. Rayon aqro-kimya laboratoriyasının müdiri Hidayət Əliyev bildirib ki, məhsul yetişən dövrdən, yəni iyun ayından bostanlarda səyyar analizlər aparılır. Laboratoriyanın müdiri Hidayət Əliyev bildirib ki, bu il 5 fermerin təsərrufatında nitrat turşusunun artıq olması ilə bağlı aktlar yazılaraq aidiyyətı orqanlara təhvil verilib. “İşimizin əsas hissəsi rayon ərazisində torpaq sahələrində əkilən bostan bitkilərinin tərkib hissəsini yoxlamaqdır. Yoxlamalar aparırıq və sahibkarlara öz əkdiyi əkinlərin cavabını veririk”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar