Meteohəssas insanların nəzərinə
22 Oktyabr 2013 Çərşənbə Axşamı 03:06
Yaxın iki gün ərzində Abşeron yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 9-12°, gündüz 18-22° isti, Bakıda gecə 10-12°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 4-9° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaq.

Temperaturun gecə 9-14°, gündüz 20-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın iki gün ərzində Abşeron yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar