Menyu
28 Aprel 2011 Cümə Axşamı 14:43
Həftəsonu üçün ləziz yeməklər
Fransız salatı

3-4 ədəd kartof
3 ədəd kök
Çuğundur
Bir qədər ağ kələm
1 ədəd baş soğan
500 qr mal əti
Sirkə
Soya sosu
Qara və qırmızı istiot,duz

Hazırlanması
Əti xırda-xırda doğrayıb,a z yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub, onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% – li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.

Göbələk şorbası
250 q göbələk
1 kartof
1 soğan
4 stəkan toyuq bulyonu
1 x.q. kərə yağı
1,5 x.q. un
Cəfəri
Qazırdılmış çörək
Duz, istiot

Kərə yağını əritdikdən sonra unu əlavə edin. Bir müddət qarışdıraraq qovurun. Toyuq bulyonunu əlavə edin. Göbələkləri xırda-xırda, soğan və kartofu kub şəklində doğrayıb qazana tökün. Qaynamağa başlayanda duzunu əlavə edin. Bir az qaynadıb süfrəyə cəfəri və qızardılmış çörəklə verin.

Göbələk dolması
10 ədəd iri göbələk,
60 qr (4 xörək qaşığı) yağ,
100 qr xırdalanmış qoyun pendiri,
1 dilim çörək (qabıqları təmizlənmiş və xırdalanmış),
duz, istiot.

Sobanın üst gözünü yandırın. Göbələkləri təmizləyin və saplaq hissələrini göbələkləri zədələmədən çıxarın. Yağı bir tavada əridin. Göbələkləri dəmir təbəqəyə yığın, duz və istiot vurub, üzərinə 2 xörək qaşığı əridilmiş yağ çəkin. Dəmir təbəqəni sobaya qoyun. Göbələkləri azacıq diri qalmaq şərti ilə bişirin. Eyni zamanda pendiri və xırdalanmış çörək içini qarışdırın. Yarıbişmiş göbələkləri sobadan götürüb içlərini doldurun və üzərinə qalan əridilmiş yağı tökün. Sobanı 200 dərəcəyə qədər qızdırın. Göbələkləri yenidən sobaya qoyun və üstü qızarana qədər bişirin. Süfrəyə isti-isti verin.


Şirin nazik
Əla növ buğda unu – 700q
ərinmiş yağ – 200q
şəkər kirşanı – 115q
yumurta sarısı – 1əd
maya – 2q
zəfəran – 0,03q
duz - 1,5q.

520 qram un, 90q yağ və duz əlavə edilməklə mayalı xəmir yoğrulur. İçlik hazırlamaq üçün 70 qram yağa zəfəran şirəsi və şəkər kirşanı qatılıb yaxşıca qarışdırılır, sonra üzərinə tədricən 140 q un tökülüb bircinsli kütlə alınana qədər qarışdırılır. Xəmir gəldikdən sonra 3-5 mm qalınlığında yayılır, üzərinə yağ sürtülüb bir neçə dəfə qatlanmaqla qat-qat xəmir əldə edilir. Xəmirin ortasına içlik qoyulur, kənarları qatlanaraq mərkəzə birləşdirilir və 10-12 mm qalınlıqda yayılır. Beləliklə qat-qat xəmirdən hazırlanmış içlikli kökə yağlı listə qoyulub, üzərinə yumurta sarısı sürtülür, çəngəllə bəzək vurulur. Şirin nazik 200-2200 S temperaturda 25-30 dəqiqə bişirilir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar