Mentollu siqaretlər sağlamlığa daha çox ziyan vurur
25 İyul 2013 Cümə Axşamı 23:03
ABŞ ərzaq və dərman idarəsi yaxın zamanlarda bu siqaretlərin qadağan edilməsini müzakirə edəcək.
Amerika ərzaq və dərman idarəsinin məmurları mentolu siqaretləri adi siqaretlərdən daha təhlükəli sayırlar. ANS PRESS «BBC»yə istinadən bildirir ki, idarə yaxın zamanlarda həmin siqaretlərin daha təhlükəli sayılması və satışının məhdudlaşdırılması üzrə iclas keçirəcək.

Məsələnin məğzində bu durur: mentolu siqaretlər zərərlilik səviyyəsinə görə adi siqaretlərdən heç nə ilə seçilmir. Amma daha çox alışqanlıq yaradır və onlardan imtina etmək mümkün olmur. Sərinləşdirici təsir yaradan və boğazı acıtmayan mentol tamı isə onları siqaret çəkənlər üçün cəlbedici edir.

Qeyd edək ki, mentolu siqaretlərin qadağan edilməsi barədə hələ 2011-ci ildən söhbət gedir. Amma tütün məhsulları istehsalçıları bildirirdilər ki, onlar adi siqaretlərdən heç nə ildə seçilmirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar