İnfarktdan sonra ürəyi bərpa etmək mümkün olacaq
25 Avqust 2013 Bazar 10:31
Yeni üsul hələlik test mərhələsindədir
İnfarktdan sonra ürəyi əvvəlki sağlam vəziyyətinə qaytaran üsul tapılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı alimlər insanın ürəyini bərpa etməyə imkan verən üsul tapıblar.

Belə ki, ürək tutması nəticəsində hüceyrələrin 50 faizə yaxını ürəyin fəaliyyəti üçün faydasız olan fibroblastomalara çevrilir. Mütəxəsislər məhz bu hüceyrələri bərpa etməyin mümkün olduğunu sübut ediblər. Bunun üçün xəstəyə “GMT-miks”, “ESRRG” və “MESP1” deyilən genlərin qarışığı vurulur.

Yeni üsul hələlik test mərhələsindədir. Alimlər bu yeni kəşfi daha da inkişaf etdirəcəklərini və əvvəlcədən infarktın qarşısını ala biləcəklərini də istisna etməyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar