İndi də balıq qripi çıxdı!
20 Oktyabr 2011 Cümə Axşamı 15:49
Dünyada yeni yoluxucu virus - balıq qripi - yayılmağa başlayıb.
Bu xəstəliyin bakteriyaları genetik struktur və forma baxımından "quş qripin"ə (H1N1) bənzəyir. Milli.az "Scientist"ə istinadən bildirir ki, Kanadanın Saymon Freyzer Universitetinin professorları Rik Routlec və Aleksandra Mortonun apardıqları tədqiqatlar nəticəsində aşkarlanmış "Selmon anemiyası infeksiyası" (Infectious Salmon Anaemia, İSA) virusu "quş qripi" virusuna bənzəyir.

Balıqlarda ilk dəfə belə virusla rastlaşdıqlarını deyən professorların sözlərinə görə, İSA-ya hələlik heyvanlar yoluxur və xəstəlik insan orqanizminə təsir etmir. Virusa yoluxmuş naqqa balıqları bir-birlərinə hücum edirlər.

Kanadanın Prins Edvard Aylend əyalətindəki Atlantik Baytarlıq Kollecinin professoru Fred Kaybenq laboratoriyada "quş qripi" virusu ilə bağlı apardığı testlərin cavablarını Kanada Ərzaq Nəzarəti Agentliyinə yolladığını deyib.

Onun dediyinə görə, Kanada sahilləri ilə yanaşı, Çilidəki balıqların 70 faizi "quş qripi"nə yoluxub.
Routlec onu da vurğulayıb ki, Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərindəki naqqa balıqlarının çoxu "balıq virusu"na yoluxduğu üçün onların nəsli kəsilə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar