Heroinə qarşı vaksin hazırlanıb
24 Dekabr 2011 Şənbə 17:04
Artıq bu ölümcül maddədən qurtulmaq mümkün olacaq.
ABŞ-da heroinə qarşı vaksin hazırlanıb. Belə ki, Kaliforniya ştatının San-Diyeqo şəhərindən olan Kim Canda adlı həkim düz 25 il ərzində narkotik vasitədən ölümcül dərəcədə asılı olan insanlara çarə tapıb.

Bu yaxınlarda Kim Canda belə bir vaksinin hazır olduğunu açıqlayıb. İndi isə işin çox az hissəsi, yəni kliniki təcrübələrin keçirilməsi qalıb. Həkimin fikrincə, bu vaksin narkotik aludəçisini narkotiki qəbul edərkən eyforiya hissindən məhrum etməlidir.

Preparatın təsir etmə mexanizmi çox sadədir: o, immunitetin məhdudlaşdırılmasını stimullaşdırır və narkotikin beynə düşməsinin qarşısını alır. Kim Canda hesab edir ki, belə olan halda heroinin qəbul edilməsi öz mənasını itirir.

Həkim bu preparatı gələcəkdə daha da universallaşdırmaq niyyətindədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar