Həkimlər imtahan verir
28 Mart 2013 Cümə Axşamı 10:54
Vakant yerlər uğrunda mübarizənin nəticəsi sabah açıqlanacaq.
Bu gün Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçirilir. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib.

Azərbaycanda ilk dəfə olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan 2 gün təşkil olunacaq. İlk imtahan bu gün, digər isə aprelin 2-də keçiriləcək.

Müsabiqə iki mərhələli olacaq. Müsabiqənin ilk mərhələsində-test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Nəticələr sabah açıqlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar