Fitosanitar xidməti yemiş və qarpız alanları diqqətli olmağa çağırıb
27 İyul 2011 Çərşənbə 23:55
Bazarlarda satışa çıxarılan yemişin tərkibində nitrat normadan çoxdur və bu da zəhərlənməyə yol açan faktorlardan biridir.
Yay mövsümü girəndən bu günədək 100-ə yaxın zəhərlənmə faktı qeydə alınıb ki, onların böyük əksəriyyəti qida məhsulları, xüsusilə qarpız və yemişdən qidalanma nəticəsində meydana gəlib. Mütəxəssislər bunu giləməyevələrin normadan artıq gübrələnməsi ilə izah edirlər. Artıq bu məqsədlə dövlət Fitosanitar nəzarəti xidməti paytaxt bazarlarında monitorinqlərə başlayıb.

Taksikologiya labaratoriyasının rəhbəri Yaqub Ibrahimovun sözlərinə görə ilkin araşdırma 8-ci kilometr bazarı kimi tanınan ticarət mərkəzində aparılıb. Nəticə isə özünü çox gözlətməyib. Məlum olub ki, sözü gedən bazarda satışa çıxarılan yemişin tərkibində nitrat normadan çoxdur və bu da qida zəhərlənməsinə yol açan əsas faktorlardan biridir. Y. İbrahimov monitorinqlərin davam etdiyini, sabah (bu gün – red.) Təzə bazara və Yasamal bazarında olacaqlarını deyib.

Yaqub İbrahimovun sözlərinə görə, yay mövsümü başlayandan müxtəlif ünvanlardan yemiş və qarpız nümunələri götürülərək analiz edilib. Nəticə etibari ilə yemişdən alınan nəticələr müsbət - yəni təhlükəli olub.

Laborotoriya rəhbəri belə nəticələrə əsaslanaraq əhalini diqqətli olmağa çağırır. Əslində bu o qədər asan da deyil. Çünki yekun nəticələrə baxmayaraq 8-ci kilometr bazarında yemişin satışı davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar