Cavanlaşan təhlükəli xəstəlik
09 Mart 2013 Şənbə 09:00
Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 10 dəfədən çox artıb.
Şəkər sözünü eşidəndə insanın üzündə şirin təbəssüm yaranır. Lakin şəkər sözünün yanında xəstəlik anlayışı gələndə vəziyyət dəyişir. Xəstəliklərin cavanlaşdığı bir zamanda şəkər xəstəliyi də geridə qalmayıb. Statistika göstərir ki, ölkəmizdə şəkərli diyabetdən əziyyət çəkənlərin sayı artıb.

Hazırda Azərbaycanda 180 min diabet xəstəsi var. 2011-ci ildə isə bu rəqəm 150 min olub. Böyüklərlə yanaşı, uşaqlar arasında da şəkərli diabetdən əziyyət çəkənlərin sayı artıb. Belə ki, 2011-ci ildə 650 uşaq şəkərli diabet xəstəsi idisə, indi bu rəqəm 900 olub. Həkim endokrinoloqu Səriyyə Ağayevanın sözlərinə görə, xəstəliyin artmasının əsas səbəblərindən biri düzgün olmayan həyat tərzi, qidalanmadır. Eyni zamanda, pasientlərin həkimə gec müraciət etməsi də xəstəliyin müalicəsini çətinləşdirir.

Hazırda şəkərli diabet xəstələrinin müayinə və müalicəsi pulsuz aparılır. Xəstələr insulin və qanda şəkərin miqdarını ölçən aparatla təmin olunurlar. Amma regionlarda bununla bağlı müəyyən problemlər var.

Xatırladaq ki, dünya üzrə 366 milyon insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 20 il öncə isə bu rəqəm 30 milyon nəfər olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar