Azərbaycanda İmmunlaşdırma həftəsi keçiriləcək
21 Aprel 2012 Şənbə 03:53
Aprelin 23-də başlayan aksiya ayın 28-dək davam edəcək.
Aprelin 23-28-də Azərbaycanda İmmunlaşdırma həftəsi keçiriləcək. Bu barədə məlumat AN PRESS-ə BMT-nin İctimai İnformasiya Departamentindən verilib. Xatırladaq ki, 2007-ci ildən başlayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştirak edir.

Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Azərbaycanda 2012-ci ildə keçirilən immunlaşdırma həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, yeni vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, poliomielitdən azad ərazi statusunun saxlanması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir.

Qeyd edək ki, İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar