Ailə həkimi proseduru tətbiq olunacaq
29 İyun 2011 Çərşənbə 17:32
Ölkədə ailə həkimlərinin hazırlığı sürətləndiriləcək.
Azərbaycanda ailə həkimləri hazırlığının sürətləndirilməsi, təyin olunmuş ailə həkimlərinin təyinat üzrə fəaliyyətə başlaması nəzərdə tutulub. Bu barədə 2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında bildirilir.

Tədbirlər Planına görə, ölkədə ilkin tibbi-sanitariya xidmətinin gücləndirilməsi, ilkin tibbi-sanitariya yardımı sisteminin təkmilləşdirilməsi, ilkin tibbi-sanitariya yardımı sisteminin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi da nəzərdə tutulubş

Bundan başqa, uşaqlıq dövrü xəstəliklərinin profilaktikasının gücləndirilməsi və bu istiqamətdə əhali arasında maarifləndirmə işinin gücləndirilməsi, uşaqlıq dövrü xəstəliklərinin profilaktikası üzrə strategiyanın hazırlanması və tətbiqi, uşaqlıq dövrü xəstəliklərində ilk yardımın göstərilməsi üzrə vərdişlərin analara aşılanması, regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatı konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlərin davam etdirilməsi, dövlət büdcəsinin məqsədli proqramlarla tərtibi praktikasının davam etdirilməsi, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi planlaşdırılıb.

Tədbirlər planına əsasən 2016-cı ilədək xroniki böyrək çatışmazlığı xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi, talassemiya irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi, hemofiliya xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi, ana və uşaqların sağlamlığının qorunması istiqamətində doğuş təhlükəsizliyinin və yenidoğulmuşlara əsas qayğının artırılması, mütəxəssislərin iştirakı olmadan evdə doğuşun təhlükəli olması barədə əhali arasında məlumatlılığın artırılması, doğuşun təhlükəsizliyini artırmaq, yenidoğulmuşlara qayğını və uşaqların qidalandırılmasını yaxşılaşdırmaq məqsədilə doğumqabağı və doğumdansonrakı xidmət müəssisələrində əsas xidmətlərin təkmilləşdirilməsi və kadr hazırlığının gücləndirilməsi həyata keçiriləcək.

Dövlət tərəfindən tam maliyyələşdirmə əsasında idarə olunan yoluxucu xəstəliklərə qarşı immunlaşdırılmanın davam etdiriləcək, qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlər həyata keçiriləcək.

Şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə davamlı təminatı, HİV/AİDS xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi, əhalinin sanatoriya-kurort zonalarında müalicəsi işinin təkmilləşdirilməsi, yenidoğulmuşlara ilkin qayğının gücləndirilməsi və onların ana südü ilə qidalandırılmasının təbliği, 0-1 yaşadək uşaqlara qulluq və qidalanma qaydaları vərdişlərinin analara öyrədilməsi, uşaq və yeniyetmələrin profilaktik tibbi müayinələrinin yaxşılaşdırılması, vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi və s. də nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar