5 adda plombirdə bağırsaq çörləri aşkarlandı
19 İyul 2011 Çərşənbə Axşamı 20:22
İnsan orqanizmi üçün təhlükəli olan 485 kq dondurma məhv ediləcək.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Okean" plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az olduğu, "Yoloçka" plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində S.aureus bakteriyaları (stafilakok) olduğu, "Rose" plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, "Titanik" və 500 qramlıq plasmas qablaşdırmada olan plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, "Qızıl standart" plombir dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, südlü dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 485 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar