Zakir Həsənov İranda rəsmi səfərdədir
14 Aprel 2014 Bazar Ertəsi 10:10
Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasında rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun səfəri İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə reallaşacaq. Səfər 14-15 aprel tarixlərində olacaq.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar