Yaralı əsgərlərdən xəbər var
02 Avqust 2014 Şənbə 07:57
Bu gecə ermənilərin hücumunu dəf edən zaman yaralanan hərbçilərimiz Ağcabədi rayonunda hərbi hospitalda müalicə alır.
ANS PRESS-in məlumatına görə, hazırda xəstəxanada 2 hərbçi var. Onlardan birinin vəziyyəti stabildir. Digər hərbçinin vəziyyəti isə nisbətən daha ağırdır.

Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 10 hərbçisi şəhid olub.

Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 3 hərbçisi yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar