Yaralı əsgər Anar Qarazadə vəfat edib
04 Avqust 2014 Bazar Ertəsi 11:50
Əsgər Anar Qarazadə Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.
Yaralı əsgərimiz vəfat edib. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!


DOSTLARINLA PAYLAŞ:

oyunlar