Xəzər dənizinin səviyyəsi yüksələcək
04 İyun 2014 Çərşənbə 11:14
Xəzər dənizinin səviyyəsi yüksələcək. 2020-ci ilədək bu göstərici 70-80 santimetrədək artacaq.
Ümumi sahəsi 50 kvadratkilometr təşkil edən Bakı Buxtasının sahil xəttinin uzunluğu 20 kilometrdir. Dib çöküntülərinin həcmi isə 46 milyon kubmetrdir.

ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib.

İ.İsbatov qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyi yerli və xarici şirkətlərlə birgə orada tədqiqat işləri aparır və gələcəkdə də Bakı Buxtasının dibinin təmizlənməsi planlaşdırılır.

Xəzər dənizinin səviyyəsi ilə bağlı proqnozlara toxunan institut direktoru bildirmişdir ki, 2020-ci illərdə dəniz səviyyəsinin 70-80 santimetrədək yüksəlməsi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar