Sürücülük vesiqesi üçün teleb olunan senedler siyahısına deyişiklik edildi
19 Avqust 2013 Bazar Ertəsi 12:14
Nazirler Kabineti deyişikiklerle bağlı qerar qebul edib.
Azerbaycanda sürücülük vesiqesi almaq isteyenlerden teleb olunan senedler siyahısına deyişiklik edilib. "Neqliyyat vasiteleri sürücülerinin hazırlanması ve onların ixtisasının artırılması kursları haqqında esasnamenin ve neqliyyat vasitesini idare etmek hüququ veren sürücülük vesiqesini almaq isteyen şexslerden imtahanların qebul edilmesi ve onlara sürücülük vesiqesinin verilmesi qaydaları haqqında esasnamenin tesdiq edilmesi barede" Azerbaycan Respublikasının Nazirler Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömreli qerarında deyişiklik edilib.

Nazirler Kabineti "Yaşayış yeri ve olduğu yer üzre qeydiyyat haqqında" Azerbaycan Respublikasının Qanununda deyişiklikler edilmesi barede" Azerbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 849 nömreli fermanının 1.2-ci bendinin icrasını temin etmek meqsedi ile yeni qerar qebul edib.

Qerara esasen, Azerbaycan Respublikasının Nazirler Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömreli qerarı ile tesdiq edilmiş "Neqliyyat vasitesini idare etmek hüququ veren sürücülük vesiqesini almaq isteyen şexslerden imtahanların qebul edilmesi ve onlara sürücülük vesiqesinin verilmesi qaydaları haqqında esasname"nin 3.10.1-ci yarımbendinde "qeydiyyata alınması haqqında vesiqe" sözleri "şexsiyyetini tesdiq eden sened" sözleri ile evez edilib.

Bununla bağlı Trend-e açıqlamasında Daxili İşler Nazirliyinin Respublika Baş Dövlet Yol Polisi İdaresinin İctimaiyyetle elaqeler şöbesinin reisi, polis polkovnik-leytenantı Kamran eliyev bildirib ki, burada söhbet Azerbaycan Respublikası erazisinde yaşayan ecnebilerden gedir:

"evveller adıçekilen esasnameye göre, Azerbaycanda sürücülük vesiqesi almaq isteyen xarici vetendaşlar Daxili İşler Nazirliyine diger müvafiq senedlerle yanaşı Azerbaycan Respublikasının erazisinde ecnebinin qeydiyyata alınması haqqında vesiqeni teqdim edirdiler. Bundan sonra ise onlar da yerli vetendaşlar kimi öz şexsiyyet vesiqelerini teqdim etmeli olacaqlar."