Şıx çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub
07 Sentyabr 2014 Bazar 12:47
IDEA İctimai Birliyi tərəfindən Şıx çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub.
2014-cü il 6 sentyabr tarixində hər il dünyada qeyd olunan "Beynəlxalq Təmizlik Həftəsi" ilə əlaqədar IDEA İctimai Birliyi tərəfindən Şıx çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub.

İctimai Birlikdən ANS PRESS-ə verilən məlumata görə, "Təmiz Şəhər" ASC-nin dəstəyi ilə keçirilən aksiyanın məqsədi çimərlik ərazilərində olan tullantıların toplanması, gənclərin təbiət ərazilərinin təmiz saxlanılması işinə cəlb olunması, eyni zamanda dənizkənarı ərazilərdə istirahət edən insanları ətrafı zibilləməməyə, istirahət edərkən ərazini təmiz saxlamağa çağırmaqdır.

Aksiya "Təmizlik həftəsində təbiət üçün birgəyik" şüarı altında 100-ə yaxın könüllü gəncin iştirakı ilə baş tutub. Aksiya zamanı iştirakçılar gigiyenik qaydalara uyğun olaraq xüsusi əl geyimləri geyinib, topladıqları tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləyiblər. Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi hər il sentyabr ayında Bakı şəhərinin müxtəlif sahilyanı ərazilərində təmizlik aksiyaları həyata keçirir.



















DOSTLARINLA PAYLAŞ:

oyunlar