Şərifzadə sakinlərinə şad xəbər
28 Avqust 2014 Cümə Axşamı 12:06
Şərifzadə küçəsindəki bəzi binaların yaxınlığında körpələr evi-uşaq bağçası tikilir.
Bakının Yasamal rayonunun məktəbəqədər müəssisələrində mövcud sıxlığın aradan qaldırılması kimi aktual bir problemin həlli istiqamətində tədbirlər davam etdirlir.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə A. M. Şərifzadə küçəsindəki 146 A, 148, 150, 154 və 156 nömrəli binaların yaxınlığında körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.

Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən 2 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada onların istirahəti üçün lazımi şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar