Sabunçu, Siyəzən, Bərdə və Qazax rayonlarıda qaz olmayacaq
05 Avqust 2014 Çərşənbə Axşamı 10:17
Sabunçu, Siyəzən, Bərdə və Qazax rayonlarıda qaz olmayacaq. Fasilələrin yaranması görülən təmir işlər ilə əlaqədardır.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 18:00-dək Sabunçu, saat 17.00-dək Siyəzən və Bərdə, saat 20.00-dək isə Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində, eləcə də qaz ölçü qovşaqları və qazpaylayıcı stansiyalarda görülən işlərlə əlaqədardır.






DOSTLARINLA PAYLAŞ:

oyunlar