Röya Ayxan baş sağlığı verib
01 Avqust 2014 Cümə 15:50
Hal-hazırda Türkiyədə olan məşhur müğənni Röya Ayxan bu gecə cəbhə bölgəsində şəhid olan 9 əsgərlərimizlə bağlı başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, ifaçı şəxsi İnstaqram səhifəsində kədərini bölüşüb. Bu xəbəri eşitdikdə çox pis olduğunu qeyd edən ifaçı xalqımızın qara gününə yandığını deyib:

“Vətən olaraq çox şey itirmişik. Qəlbimiz lap əzəldən yaralıdır. Yenə biz itiririk... Dayanmadan və üzülərək. Bəlkə yenə güman edək? Güman edək ki, bu, sonuncudur. Yorulmuşuq artıq. Bu faciələrə ana, bacı kimi yanıram. Xalqıma dərin hüznlə başsağlığı verirəm. Kaş ki, yuxuda olardım. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Xatırladaq ki, erməni kəşfiyyat-diversiya dəstəsi bu gecə Ağdam və Tərtər istiqamətində hücuma cəhd edib. Düşmənin cəhdinin qarşısı alınıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar