Prezident İlham Əliyev sərəncam imzaladı
22 Aprel 2014 Çərşənbə Axşamı 17:24
İlham Əliyev Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına fəxri adlar verib və bəzi əməkdaşları təltif edib.
Prezident İlham Əliyev Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalanıb.

ANS PRESS-in məlumatına görə, prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alır ki, "Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adı verilsin:

Ağalarova Şəhla Köçəri qızı
Babayeva Sevil Sultanovna
Əhmədova Firdovsiyə Firdovsi qızı
Quliyev Musa Nizam oğlu
Nağıyev Fəxrəddin Tağı oğlu.

Ölkə başçısının imzaladığı daha bir sərəncama görə isə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

Sərəncamda qeyd edilib ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Bağırov Zaur Siyavuş oğlu
Bədəlov Tahir Nadir oğlu
Cahangirova Sevil Adilovna
Çinani Sürəyya Ağababa qızı
Əliyev Sakit Hacalı oğlu
Hüseynov Muxtar Şəmsəddin oğlu
Kərimova Mələk Lətif qızı
Qasımova Yelena Vladimirovna
Məmmədova Sədaqət Mahmud qızı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar