Polis haqqında qanun deyişib
10 Fevral 2014 Bazar Ertəsi 22:08
Polis haqqında qanun deyişib. Prezident İlham Aliyev bu haqda serencam imzalayıb.
Prezident İlham Aliyev Polis haqqında Azerbaycan Respublikasının Qanununda deyişiklikler edilmesi barede" 2013-cü il 27 dekabr tarixli qanunun tetbiqi haqqında serencam imzalayıb.

Qanuna aşağıdakı deyişiklikler edilir:

1. 14-cü maddenin 4-cü bendi aşağıdakı redaksiyada verilsin:
"4) Azerbaycan Respublikasının Cinayet-Prosessual Mecellesi, "Hebs yerlerinde saxlanılan şexslerin hüquq ve azadlıqlarının temin edilmesi haqqında" Azerbaycan Respublikasının Qanunu ile müeyyen edilmiş hallarda ve müddetlerde tutulmuş ve ya hebs edilmiş şexsi müveqqeti saxlama yerinde saxlamaq;".

2. 23-cü maddenin 5-ci bendi aşağıdakı redaksiyada verilsin:
"5) tutulmuş ve ya hebs edilmiş şexs hebs yerine getirildikden derhal sonra ona tutulduğu ve ya hebse alındığı ve harada saxlanıldığı barede yaxın qohumlarına ve ya elaqe saxlaması onun üçün qanuni maraq doğuran diger şexslere telefonla ve ya diger vasitelerle melumat vermek imkanını yaratmalıdır (tutulmuş ve ya hebs edilmiş şexsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq ve psixi veziyyeti ile bağlı hallar istisna olmaqla, bele melumatları öz teşebbüsü ile vermemelidir); eger tutulmuş ve ya hebs edilmiş şexs ecnebi, yaxud vetendaşlığı olmayan şexsdirse, onun vetendaşı olduğu ve ya daimi yaşadığı dövletin Azerbaycan Respublikasında olan diplomatik nümayendeliyine ve ya konsulluğuna, yaxud ona himayedarlığı öz üzerine götürmüş milli, yaxud beynelxalq teşkilata bu barede derhal melumat vermeli ve bu cür melumatın verildiyini qeyde almalıdır;".

Nazirler Kabinetine Azerbaycan Respublikası qanunlarının ve Azerbaycan Prezidentinin aktlarının "Polis haqqında" qanunda deyişiklikler edilmesi barede" Azerbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ile bağlı tekliflerini üç ay müddetinde hazırlayıb Azerbaycan Prezidentine teqdim etmek; Nazirler Kabinetinin normativ hüquqi aktlarının hemin qanuna uyğunlaşdırılmasını üç ay müddetinde temin edib Azerbaycan Prezidentine melumat vermek; merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının hemin qanuna uyğunlaşdırılmasını nezaretde saxlamaq ve bunun icrası barede beş ay müddetinde Azerbaycan Prezidentine melumat vermek; hemin qanundan ireli gelen diger meseleleri hell etmek tapşırılıb.

edliyye Nazirliyi merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının ve normativ xarakterli aktların "Polis haqqında" Azerbaycan Respublikasının Qanununda deyişiklikler edilmesi barede" qanuna uyğunlaşdırılmasını temin edib Nazirler Kabinetine melumat vermelidir.