Nəsimi rayonunda döyüş sursatı tapılıb
19 Avqust 2014 Çərşənbə Axşamı 08:08
Axşam saatlarında Bakının Nəsimi rayonunda döyüş sursatı aşkar olunub.
Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonunda döyüş sursatı aşkar olunub. ANS PRESS-in məlumatına görə, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirib. Müəyyən olunub ki, bunlar 1 ədəd LQ-42 markalı əl qumbarası, 1 ədəd trotil şaşkası və 51 santimetr detonasiya qaytanıdır.

Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilmiş digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar