Mehriban Əliyeva haqqında kitab yazılıb
18 İyul 2014 Cümə 12:46
Bu gün Bakıda Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə kitabının təqdimat mərasimi keçirilib.
ANS PRESS-in məlumatına görə, ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası ilə birgə təşkil etdiyi mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir.

Kitabda birinci xanımın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar