İyun ayında Bakıda yas mərasimləri keçirilməyəcək
24 Fevral 2015 Çərşənbə Axşamı 00:04
Bakıda iyunun 12-dən 28-dək yas mərasimləri keçirilməyəcək.
Avropa Yay Oyunları keçirilən zaman Bakıda yas mərasimləri keçirilməyəcək

ANS PRESS-in məlumatına görə, yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların keçirilməməsi tövsiyyə olunur.

Belə ki, yas mərasimləri keçiriləndə paytaxtda tıxac yaranır və nəqliyyatın hərəkitnə mane olur.

Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da təsdiqləyib. O bildirib ki, yasların mərasim zallarında keçirilməsi tövsiyə olunur.

Onun sözlərinə görə, Avropa Oyunları zamanı paytaxt yollarında yas çadırlarının qurulması mümkünsüz olacaq.

Qeyd edək ki, Avropa Yay Oyunları günlərində Bakıda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində paytaxtın şadlıq saraylarında toyların keçirilməsinə də icazə verilməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar