Helikopterlərimiz havaya qaldırıldı
11 Avqust 2014 Bazar Ertəsi 11:55
Bu dəqiqələrdə Lerik rayonu ilə Masalı rayonu arasında dağlıq ərazidə yerləşən meşə zolağında güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yeri dağlıq ərazi olduğu üçün ora yanğınsöndürən maşınların qalxmasında çətinlik yaranır.

Bu səbəbdən də, yanğının söndürülməsi üçün aviasiya dəstəyindən istifadə olunur. Hazırda hadisə yerinə 2 helikopter cəlb olunub. Hazırda helikopterlər yanğın olan ərazidədir.

Qeyd edək ki, hava küləkli olduğu üçün yanğının söndürülməsində çətinlik yaranıb. Hazırda alovun ram edilməsi çüün işlər gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar