Gədəbəy rayonuna dolu yağır
22 Aprel 2014 Çərşənbə Axşamı 16:43
Gədəbəy rayonuna əvvəlcə yağış yağıb. Ardınca isə dolu yağmağa başlayıb.
Gədəbəy rayonuna dolu düşüb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Gədəbəyə əvvəlcə yağış yağıb. Ardınca isə dolu yağmağa başlayıb. Dolu bu dəqiqələrdə də yağır. Dolunun əkin sahələrinə ziyan vurduğu bildirilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu günə olan hava proqnozunda Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı deyilirdi.







DOSTLARINLA PAYLAŞ:

oyunlar