Əsgərlərə hökm oxunub
05 Mart 2009 Cümə Axşamı 13:05
Famil Qəniyev 4 il 6 ay, Adil Abbasov 4 il, Cavid Yusubov 4 il, Elxan Məmmədov 3 il, Ramiz Cəfərov 3 il azadlıqdan məhrum edilib

 

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə Müdafiə Nazirliyinin Ələtdə yerləşən hərbi hospitalında baş vermiş «dedovşina» faktı ilə bağlı təqsirləndirilən keçmiş əsgərlərə hökm oxunub. ANS PRESS-in məlumatına görə,  təqsirləndirilən Famil Qəniyev 4  il 6 ay, Adil Abbasov 4 il,  Cavid Yusubov 4 il,  Elxan Məmmədov 3 il,  Ramiz Cəfərov isə 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilənlər 2008-ci ilin fevral ayının sonlarında müalicə edildikləri hospitalda, ətraf palataların əsgərlərini öz otaqlarına çağıraraq, əylənmək məqsədi ilə onları bir-birlərini döyməyə məcbur ediblər. Onlar palatalardan 6 nəfər çağırıblar və bildiriblər ki, qalib gələn şəxs, onlarla birgə qalacaq. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3 maddələri ilə (Tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) ittiham irəli sürülmüşdü.

Anar Məmmədov/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar