Bakıda vulkan püskürür
01 Avqust 2014 Cümə 13:37
Qobu qəsəbəsindəki palçıq vulkanında aktivlik gecə saatlarında başlayıb.
Azərbaycanda vulkan püskürüb. Hadisə Qobu qəsəbəsinin ərazisində qeydə alınıb.

Bu barədə ANS PRESS-ə qəsəbə sakinləri məlumat veriblər. Onların bildirdiklərinə görə, vulkan gecə saatlarından fəallaşıb. "Qəsəbədəki yaşayış evlərinin yaxınlığında püskürməyə başlayıb".

Sakinlərin sözlərinə görə, belə hadisə son dəfə adıçəkilən ərazidə 40 il əvvəl olub. "Həmin vaxt insanlar xəsarət alıblar. Gecədən başalayaraq həmin ərazidən alovlar qalxır. Sakinlər çox narahatdırlar. Alovlar daha da güclənir".



DOSTLARINLA PAYLAŞ:

oyunlar