Azərbaycanlı komandan türk zabitlərini təltif etdi
05 Sentyabr 2014 Cümə 14:51
Daxili Qoşunların Komandanı Türkiyə Jandarm zabitlərini qəbul edib.
Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Türkiyə Jandarm Qüvvələrinin zabitləri polkovnik Eyyüp Şekeri və yeni fəaliyyətə başlayan polkovnik İzzet Cüralı qəbul edib.

Daxili Qoşunların mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,görüşdə general-mayor Ş.Məmmədov Daxili Qoşunlar ilə Jandarm Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini vurğulayıb.

Komandan Daxili Qoşunlarda uğurlu fəaliyyətlərini başa vuran polkovnik Eyyüp Şekerə komandanlıq və şəxsi heyət adından təşəkkürünü bildirib, "Xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif edib. O, yeni müşavir polkovnik İ.Cürala gələcək fəaliyyətində nailiyyətlər arzulayıb. Polkovnik İ.Cüral öz növbəsində bundan sonra da iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Qonaqlar səmimi qəbula və diqqətə görə general-mayor Ş.Məmmədova minnətdarlıqlarını bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında 1997-ci ildə imzalanmış müvafiq Protokola əsasən, Daxili Qoşunlarda təlim-tədris prosesinin təkmilləşdirilməsi məqsədilə türkiyəli zabitlər mütəmadi olaraq müəyyən müddətə müşavir və müəllim kimi Daxili Qoşunlara ezam olunurlar.

Polkovnik Eyyüp Şeker qoşunlarda ezamiyyət müddətində Daxili Qoşunlar Komandanının müşaviri vəzifəsində çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar