28 may metro stansiyası bağlanır
12 Noyabr 2014 Çərşənbə 17:15
28 may metro stansiyasının bağlanmasına səbəb keçid xətlərinin ayrılmasıdır.
Bakı Metropolitenində stansiyalardan biri bağlanacaq.

ANS PRESS-in məlumatına görə, yaxın günlərdə "28 may" stansiyası sərnişinlərin istifadəsi üçün müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Verilən məlumata görə, stansiyanın bağlanmasına səbəb "28 may" stansiyasındakı keçid xətlərinin ayrılmasıdır.

Belə ki, "İçərişəhər" stansiyasına keçid xəttilə, "Dərnəgül" stansiaysına keçid xətti ayrılacaq. Bu da metroda sərnişin sıxlığının qarşısını alacaq.

Artıq bununla bağlı oktyabr ayında müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən işlərə yaxın günlərdə start veriləcək.

Həmçinin bildirilir ki, "28 may" stansiyası 5 həftə bağlı qalacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar