Nissan fəaliyyətini dayandırır
15 İyul 2010 Cümə Axşamı 17:45
Nissan fəaliyyətini dayandırır. Şirkətin ABŞ-dakı zavodlarında istehsal 3 gün olmayacaq.
Yaponiyanın avtomobil şirkəti “Nissan Co” ABŞ-da yerləşən zavodlarında müvəqqəti olaraq istehsalını dayandıracaq. Buna səbəb maşınların yığılması zamanı tələb olunan avtomobil hissələrinin gətirilməsində ləngimələrin yaranması olub.

“Nissan”a məxsus zavodların fəaliyyəti üç gün müddətinə dayandırılacaq və növbəti həftənin çərşənbə axşamından etibarən müəssisələr fəalliyyətini yenidən bərpa edəcək. Lakin şirkət nümayəndəliyi ABŞ-da işin müvvəqəti dayandırılmasının avtomobil istehsalının həcminə necə təsir edəcəyinə dair məlumat verməyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar