Yaşıl Tetarda patriotik mahnı paradı keçiriləcək
07 May 2009 Cümə Axşamı 15:40
Parad Heydər Əliyevin anadan olmasının 86 illiyinə və eyni adlı fondun 5 yaşına həsr edilib

Bu gün Yaşıl Tetarda keçmiş prezident Heydər Əliyevin 86 illiyi və onun adını daşıyan fondun 5 yaşının tamam olması münasibəti ilə patriotik mahnı paradı keçiriləcək. Paradın əsas özəlliyi burada patriotik mahnılar ilə yanaşı, fondun gördüyü işlər, Heydər Əliyevin həyatının maraqlı məqamların əks etdirən videoçarxlarda nümayiş etdiriləcək. Paradda Məhsum İbrahimov, Zaur Rzayev, Yalçın Rzazadə, Fidan Hacıyeva, Oqtay Zülfüqarovun mahnıların ifa edən uşaqlardan ibarət qrupp, Nisə Qasımova, Baloğlan Əşrəfov, Mübariz Tağıyev və başqaları iştirak edəcəklər. Paradın təşkilatçısı isə ANS Şirkətlər Qrupudur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar