Xalq artistimiz Zöhrab Adıgözəlzadə vəfat edib
24 May 2012 Cümə Axşamı 14:45
Zöhrab Adıgözəlzadə sabah dəfn ediləcək.
Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə uzun sürən xəstəlikdən sonra bu gün səhər saat 08:30-da vəfat edib. ANS PRESS-in day.az saytına istinadən xəbər verir ki, 22 il müddətində o, Türkiyənin Eskişehir şəhərində çalışıb. Orada Anadolu Universitetinin nəzdində olan konservatoriyada fortepiano kafedrasına rəhbərlik edib. Dəfn mərasimi mayın 25-də saat 12:00-dan 14:00-a qədər Bakı Musiqi Akademiyasında keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar