Xalq artisti Vəli Qədimov vəfat edib
16 Aprel 2009 Cümə Axşamı 09:55
Ötən ilin avqust ayında onun səhhəti qəflətən pisləşmiş və sənətkar iflic olmuşdu

 

Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov aprelin 15-də axşam saatlarında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bu barədə ANS-ə mərhum sənətkarın ailəsindən məlumat verilib.

Qeyd edək ki, Vəli Qədimov uzun illər SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Ötən ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar