Xalq artisti Muxtar Maniyev 78 yaşını qeyd edir
04 Aprel 2013 Cümə Axşamı 07:03
Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin ad günüdür.
Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin doğum günüdür. 157 filmdə, 20 tamaşada rol alan, sadəliyi, səmimiliyi ilə seçilən, uzun müddətdir ki, efirlərdə görünməyən xalq artsiti Muxtar Maniyev bu gün 78 yaşını qeyd edir.

Muxtar Maniyev 1935-ci ildə Bakı şəhərində doğulub. Aktyorun kinoya gəlişi “Koroğlu” filmi ilə olub. Hüseyn Seyidzadənin bu filmində Maniyev dəmirçi oğlu Poladı canlandırır. Daha sonra “Bizim Cəbiş müəllim”, “Ölsəm bağışla”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Bakıda küləklər əsir”, “Babək”, “Nəsimi”, “Qərib cinlər diyarında”, “İnsan məskən salır” kimi ekran əsərlərində yadda qalan obrazlar yaradıb. Filmlərdə bəzən fırıldaqçı, bəzən dəyərli insan kimi görünərək silinməz iz qoyub.

50 ildən artıq yaradıcılığı dövründə sənətkar 157 filmdə, 20 tamaşada rol alıb. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür. Xatırladaq ki, Muxtar Maniyev 50 yaşında əməkdar, 65 yaşında xalq artisti adına layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar