Xalq artisti müğənnilər üçün kitab yazdı
27 Mart 2013 Çərşənbə 12:03
Azər Zeynalovun “Vokal ifaçılığı” kitabı çapdan çıxıb.
Xalq artisti, professor Azər Zeynalovun “Vokal ifaçılığı” kitabı çapdan çıxıb. ANS PRESS-in məlumatına görə, kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 və klassik opera-vokal sənətimizin 105 illik yubileyinə həsr olunub. Xalq artistinin kitabı Təhsil Nazirliyinin müvafiq əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilib. Bundan sonra müğənninin müəllifi olduğu kitabdan gənc ifaçılar dərslik kimi istifadə edəcəklər.

Kitabın redaktoru Kamilə Dadaşzadə, rəyçilər Elmira Quliyeva, Məryəm Əlizadə, Ramiz Mirişli, Gülbacı İmanova, Qərinə Kərimovadır.

Onu da qeyd edək ki, ara-sıra sənətində fasilələr yaransa da xalq artisti Azər Zeynalov yaxınlarda bir neçə böyük layihə ilə musiqisevərlərini sevindirməyi düşünür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar