Vəcihə Səmədova haqqında kitab
21 Aprel 2009 Çərşənbə Axşamı 11:30
“Vəcihə Səmədova” adlı kitab xalq rəssamının həyat və yaradıcılığına həsr olunub

 

Xalq rəssamı Vəcihə Səmədova haqqında kitab nəşr edilib. Kitabın işıq üzü görməsinə Azərbaycanda nəşr edilən "World of Azerbaijan" jurnalının redaktoru Ülviyyə Qasımova yardım edib. Ü. Qasımovanın ANS PRESS-ə verdiyi məlumata görə, “Vəcihə Səmədova” adlı kitab tam olaraq xalq rəssamının həyat və yaradıcılığına həsr olunub. Burada oxucu Vəcihə xanımın həyat və yaradıcılığı barədə onu maraqlandıran hər bir suala cavab tapa bilər.
Kitabın təqdimatından əlavə “Park Hyatt Baku” mehmanxanasının “Əmirov” zalında rəssamın əsərlərindən ibarət sərgi də keçirilib. Sərgi çərçivəsində isə V. Səmədovanın əsərlərindən bir neçəsi satışa çıxarılıb.

Kəmalə Məmmədova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar