Ümumdünya Heykəllər və Tarixi Abidələr Günü
18 Aprel 2009 Şənbə 10:25
Bu münasibətlə ölkənin bütün tarixi-mədəniyyət qoruqlarmuzeylərdə açıq qapı günləri keçiriləcək

Bu gün Ümumdünya Heykəllər və Tarixi Abidələr Günüdür. Bu münasibətlə ölkənin bütün tarixi-mədəniyyət qoruqlarında, muzeylərdə tədbirlər və açıq qapı günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, gün ərzində qoruqlara giriş və ekskursiyalar təmənnasız təşkil olunacaq. İstənilən şəxs heç bir pul ödəmədən tarixi yerləri gəzə və ziyarət edə bilər.

Qeyd edək ki, abidələrin beynəlxalq mühafizəsi gününü 1983-cü ildə «YUNESKO» nun beynəlxalq abidələrin mühafizə, nsi assambleyası təsis edib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar