Şirvanşahlarda Quran sərgisi keçirilir
20 Aprel 2009 Bazar Ertəsi 23:30
Sərgi pulsuz keçirilir və burda 200-ə yaxın Qurani Kərim nümayiş olunur

Bu gün Şirvanşahlar sarayında “Nur xəzinəsi -17 qədim Qurani Kərim” adlı sərginin açılışı olub. Pulsuz keçirilən sərgidə 200-ə yaxın Quran nümayiş olunur. 2 həftə davam edəcək sərgidə nümayiş olunan müxtəlif dövrlərə məxsus Quranlar paytaxt sakinlərinin eləcə də qonaqların böyük marağına səbəb olub. Sərginin təşkilatçısı Şəfər Abdullayeva bildirib ki, artıq 17-ci dəfədir ki, belə bir sərgi keçiririk. “70 ildir camaat Quranlarını məscidlərə verir. Bizim cəmiyyətdə acı qanunlar var. Çoxları ali savadlı qadınlardır. Onları yığıb evlərdən gətiriblər. Süleyman Ələsgərovun evindən gətirilən Quran da var burda. Naxçıvanda Kəngərli nəslinə məxsus, Qarabağda çox məşhur bir şeyx Hüseynin Quranı burdadır”.
Şəfəq Abdullayeva eksponatlarının çox olduğunu, yer azlığına görə bəzilərinin də sabah nümayiş olunacağını deyib. “Hələ bu kimi ekspanatlarımız çoxdur. Sadəcə sərgidə yer az olduğundan onları nümayiş etdirə bilmirik. Buna görə də 2 sandıq Quranımız növbə gözləyir. Məsələn, sabah sərgidə Murtuza Muxtarovun Quran kitabı sərgilənəcək ki, onun da çəkisi 25 klodur. Və onun yazılmasında 7 kilo qızıldan istifadə olunub”. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar