Salvador Dalinin əsəri oğurlanıb
02 May 2009 Şənbə 02:10
Maskada olan bir neçə nəfər Spanbruk qəsəbəsindəki «Scheringa» muzeyini qarət edib

Silahlı şəxslər Niderlanddakı muzeydən iki rəsm əsəri oğurlayıb. ANS PRESS, «Assoşieyted Press» agentliyinə istinadən xəbər verir ki, əsərlərdən biri ispan sürrealisti Salvador Daliyə məxsusdur.
Polisdən bildirilib ki, maskada olan bir neçə qarətçi Amsterdamdan 50 kilometr şimalda yerləşən Spanbruk qəsəbəsindəki «Scheringa» muzeyinə daxil olub və muzey əməkdaşlarını tapança ilə hədələyərək iki rəsm əsərini oğurlayıb. Cinayətkarlar Salvador Dalinin 1941-ci ildə çəkdiyi «Adolescence» və Polşa rəssamı Tamara Lempitskanın rəsm əsərini aparıblar.
Oğurlanmış əsərlərin qiyməti barədə heç bir məlumat verilmir. Amma muzey əməkdaşları bildiriblər ki, bu əsərlər muzey kolleksiyasındakı əsas rəsmləri olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar