Rasim Balayev səhhətindəki problem aradan qalxıb
18 Dekabr 2012 Çərşənbə Axşamı 13:39
Rasim Balayevin gözündə bir müddət əvvəl yaranmış narahatlıq aradan qalxıb.
Azərbaycanın Xalq artisti Rasim Balayevin səhhətindəki problem aradan qalxıb. Xalq artisti ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq gözündə narahatlıq hiss etmir. Bir neçə vaxt bundan əvvəl gözündə yaranmış sulanma artıq aradan qalxıb.

“Artıq gözümlə bağlı heç bir narahatçılıq hiss etmirəm. Hər şey qaydasındadır”, - deyə Rasim Balayev vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti səhhəti ilə bağlı narahatçılıq hiss etdiyini bildirmişdi. “Gözümdə narahatçılıq hiss edirəm. Gözümdə sulanma olur. Həkimə getdim, dedilər ki, gözümdəki problemlər yaşlanmağımla əlaqədardır. Ola bilsin ki, gələcəkdə gözümə mirvari suyu gəlsin. Bunun qarşısını almaq üçün əməliyyat olunmalıdır. Amma hələlik əməliyyat barədə düşünmürəm. Lakin əməliyyat da elə bir ağır proses deyil. Cəmi 5 dəqiqəlik əməliyyatdır. Tamaşaçılarıma bildirirəm ki, narahatçılığa heç bir əsas yoxdur”, - deyə xalq artisti vurğulamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar