Qəbələdə Beynəlxalq Musiqi Festivalı başlayır
19 İyul 2012 Cümə Axşamı 15:23
Musiqi bayramı avqustun 5-dək davam edəcək.
İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə IV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanacaq. Qəbələ şəhərində 24 iyul - 5 avqust tarixində keçiriləcək musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivala Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - London Filarmonik Orkestri, Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının iştirakı gözlənilir.

Festivalda ölkəmizdən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov, Şükür Səmədov, əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov, Azad Əliyev, Yalcın Adıgözəlov, əməkdar müəllim Tofiq Aslanov, əməkdar artistlər Gülnaz İsmayılova, Elcin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, Gülşən Ənnağıyeva, beynəlxalq müsabiqə laureatları Əyyub Quliyev, Fuad İbrahimov, Yusif Eyvazov, Adil Axundov, Azər Rzazadə, Fəridə Məmmədova, Səbinə Əsədova, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar